Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Ağalıq kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Fidan Eldəniz qızı Şükürlü avtomobil tərəfindən vurulub.

Yaralı ərazi baxımından yaxın olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, travmatik şok və ətrafların müxtəlif sınıqları diaqnozları qoyulub.

Qeyd edək ki, F.Şükürlü Şabran rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Eldəniz Tahir oğlu Şükürovun qızıdır.

Faktla bağlı araşdırma aparılır.