Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovdan danışıb.

Unikal.org xəbər verir ki, "Zaurla Günaydın" verilişində aparıcı Zaur Baxşəliyev sənətçiyə "Hər şey olduğu kimidir, yoxsa, artıq hissləriniz dəyişib" sualına sənətçi belə cavab verib:

"Münasibətlər dəyişmir. Hər şey doğma və istidir. Hər şey daşlaşıb. Mənə elə gəlir ki, bizi ancaq ölüm ayırar".

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün dörd övladı var.