Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Təltif edilənlər arasında tanınmış simalar da var. Belə ki, professor, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Şöhrət” ordeni ilə təltif edilib.