"Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus qəza törədib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza səhər saatlarında baş verib. "Bursaspor"un bu axşam "Adanaspor" komandası ilə qarşılaşmasını izləmək üçün yola çıxan azarkeşləri daşıyan mikroavtobus TIR-a çırpılıb. Hadisə yerinə polis və təcili yardım gəlib.

Yaralanan 17 azarkeş təcili yardımla xəstəxanaya aparılıb. Qəza ilə bağlı araşdırma başladılıb.