Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətin keçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.