Hacıqabul rayonunda zəlzələ olub.

Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 17:00-da Əli Bayramlı stansiyasından 35 km şimal-qərbdə - Hacıqabul rayonu ərazisində qeydə alınıb və hiss edilməyib.

Zəlzələnin maqnitudası 3.5, dərinliyi 5 km olub.