Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şəxsi yoxlama aparılıb.

DGK-dan Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərində və bel kəmərinin arxa hissəsindən gömrük nəzarətinə bəyan edilməyən 1200 ədəd "Kopcap 1", 120 ədəd "Kopcap 5", 5 ədəd "Djamba", 10 ədəd "Talicman" və 200 ədəd "Happy Family" adlı pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.