Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, qəza bu gün gecə saatlarında qeydə alınıb.

M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.