"Sosial şəbəkələrdə mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə bağlı bildirmək istəyirəm ki, hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər".

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, bununla bağlı operativ tədbir görülüb.

Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.