Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.