Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1938-ci il təvəllüdlü Nağıyev Nurəddin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Hüseynov Taleh Əli oğlu və 1959-cu il təvəllüdlü Əsgərov Sərhəd Süleyman oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.