Türkiyənin gözəllik yarışmasının qalibi, model Sinem Sülün, keçmiş qayınatası tərəfindən məhkəməyə verilib. 

Unikal.org xəbər verir ki,  2005-ci ildə iş adamı Mustafa Yüksel ilə ailə həyatı quran model, uzun zamandan sonra Yüksel ilə ailə həyatlarına son qoyub.

Lakin, model, sonradan keçmiş qayınanası və qayınatasının yataq otaqlarına dinləmə cihazı qoyduğunu öyrənəndə  onları illər sonra məhkəməyə verib.

Bu yaxınlarda qayınanası və qayınatası ilə görüşən modelin əsəblərini idarə edə bilməyərək, qayınatası ilə arasında  mübahisə  yaranıb. Keçmiş yoldaşının ailəsini təhdid edən modelə, qayınatası tərəfindən məhkəməyə verilib, barəsində 5 ilə həbs cəzası istənilib.