Xalq artisti Rafiq Əliyev vəfat edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı aktrisa Şəfəq Əliyeva məlumat verib.

O, uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

Aktyorla vida mərasimi evində olacaq.

Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək.