"Rembo: Birinci qan" filmində polis şerifi rolunu oynayan Amerika aktyoru Brayan Dennexi vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib. Brayan Dennexinin yaxınları bildirib ki, aktyor cümə axşamına keçən gecə dünyasını dəyişib. Ölümün təbii səbəbdən baş verdiyi bildirilir. Qeyd edilir ki, bunun koronavirusla əlaqəsi yoxdur.

Qeyd edək ki, aktyor kinosevərlərə filmdəki şerif Tizl rolu ilə tanışdır. O, Vyetnam müharibəsinin veteranı Con Rembonu öz şəhərindən qovur və sonra onu uğursuz şəkildə təqib edir.