Rəqqasə Fatimə Fətəliyeva xəstəxanaya yerləşdirilib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, son günlər yüzlərlə imkansız ailələrə yardım edən sənətçinin qəfildən halı pisləşib. Hazırda Fatimə həkim nəzarətində müalicə alır.

O, təcili tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirib:

“Davamlı olaraq imkansızlara yardımlar etdim. Çox yoruldum və gücdən düşdüm. Əsəblərim də gərgin idi. Sistem vurdurdum. İndi vəziyyətim yaxşıdır”.