Tanınmış əkiz bacılar Sevil və Sevinc Səfərovalardan birinin ərə getməsi xəbəri yayılıb. 

Unikal.org xəbər verir ki, bacılar bu xəbərin yalan olduğunu açıqlayıblar:

"O kimdirsə, tapıb bizə gətirin, biz də tanıyaq. Allah ağzınızdan eşitsin. Təki bu xəbər doğru olsun, amma təəssüf ki, yalandır".

Xatırladaq ki, yayılan xəbərlərdə əkizlərdən birinin - Sevilin naxçıvanlı iş adamı ilə münasibətini rəsmiləşdirdiyi və bu xəbəri ictimaiyyətdən gizli saxladıqları bildirilirdi.