Avstraliyanın Brisbane şəhərində yaşayan 24 yaşındakı döymə asılısı Amber Luke döymə etdirməmişdən öncəki şəkillərini paylaşıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, gözlərinin içinə kimi döymə etdirən  və müvəqqəti korluq yaşayan sosial şəbəkə fenomeni Amber Luke, İnstaqram hesabında  döyməsiz şəkillərini  paylaşaraq izləyicilərini şoka salıb. 

İnstaqramda 80 min izləyicisi olan və illərdir bədənindəki döymələrə təxminən 20 min funt  xərcləyən modelin fotosu izləyiciləri tərəfindən böyük sürprizlə qarşılanıb.

Belə ki, izləyiciləri gənc qadının təbii gözəlliyinə heyran olduqlarını bildirdilər.