Türkiyənin məşhur aktyoru, xroniki xəstəliyi səbəbiylə reanimasiya şöbəsində müalicə olunan Umut Demirdelen  həyatını itirib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Kurtlar Vadisi”, “Söz” və “Kadın İsterse” kimi bir çox seriallarda rol alan Umut Demirdelen, ağciyərlərində xroniki xəstəliyi ilə əlaqədar xəstəxanaya aparılıb. 

Lakin, məşhur aktyor bu gün müalicə olduğu xəstəxanada  bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Belə ki, koronavirusda şübhəli bilinən aktyorun üzərində aparılan 3 test nəticəsi mənfi olub.