Aparıcı Elgiz Əkbər sosial şəbəkədə xalq artisti Afaq Bəşirqızı ilə bağlı paylaşdığı fotoya münasibət bildirib.

Unikal.org-a açıqlama verən E.Əkbər xalq artisti ilə küsülü olmadıqlarını bildirib.O, həmçinin öz instagram hesabında "Canımın içi" başlığı ilə Afaq Bəşirqızı ilə bərabər çəkdirdiyi fotodan danışıb:

“Bəyəm mən Afaq Bəşirqızıdan küsmüşdüm ki?Mənim instagramda paylaşdığım fotonu kim necə başa düşürsə elə də anlasın.Verilişdəki o hadisə gəlincə mən ümumiyyətlə o barədə danışmaq istəmirəm”.

Xatırladaq ki, 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol vermişdi.Bu səbəbə görə Milli Televiziya və Radio Şurasının qərarı ilə “ARB” Televiziyasının yayımı 6 saat müddətində dayandırılmışdı.
 

Famil Fərhadoğlu