Türkiyəli məşhur aktrisa Merve Boluğur da koronavirusun yaratdığı təhlükə səbəbindən özünü evində karantinə alıb.

Unikal.org xəbər verir ki, o bu dəfə paylaşdığı uşaqlıq fotosu ilə gündəmə gəlib. Belə ki, o həmin fotosunu "Instagram"da "Daş kimi uşağam" başlığı altında paylaşıb.

Uzun zamandır ekranlardan uzaq qalan Merve Boluğurun bu paylaşımı böyük marağa səbəb olub. O, həmçinin karantin müddətində evdə test işləyərək universitetə imtahan vermək üçün hazırlaşdığını bildirib.