Türkiyəli müğənni Hadisənin aktyor Kaan Yıldırımla eşq yaşadığı məlum olub.

Unikal.org xəbər verir ki, “Posta” qəzeti ifaçının sevgilisinin qaldığı evə girərkən fotolarını yayımlayıb.

Bildirilir ki, Hadisə avtomobili ilə aktyorun İstanbulun Ulus bölgəsində yerləşən evinə gedərkən görüntülənib. Daha sonra eyni maşınla müğənninin bacısı Dərya Açıkgöz banklardan birinə yollanıb.

Qeyd edək ki, Hadisə və Kaanın münasibəti ifaçının onun iti ilə foto paylaşmasından sonra ortaya çıxmışdı. Karantin günlərini birlikdə keçirən cütlük daha bir ipucunu isə Hadisə “Survivor” proqramına virtual qonaq olarkən vermişdi. Onun görüntülü danışdığı məkanın Kaanın evi olduğu məlum olmuşdu.

Onu da bildirək ki, hər iki sənətçi yayılan iddialarla bağlı heç bir açıqlama verməyiblər.