Çinin Uhan şəhərində meydana gələn və qısa müddətdə dünyaya təsir edən yeni növ koronavirus epidemiyasından (Kovid-19) qorunataq evlərində karantində olan bir çox məşhur karantin paylaşımları ilə gündəmə gəliblər.

Unikal.org xəbər verir ki, bu prosesi evdə tək keçirən türkiyəli  məşhur 74 yaşlı sənətçi Ajdan Pekkan sosial şəbəkə hesabındakı yeni postu ilə növbəti dəfə pərəstişkarlarını təəccübləndirməyi bacarıb.

Belə ki, 74 yaşlı müğənni Ajda Pekkan, “Yaxşı vaxtlar yaxınlaşdı”  yazısı ilə evdə idman etdiyi anların görüntülərini  bölüşüb. Fit  bədəb quruluşu ilə  diqqəti cəlb edən Pekkanın paylaşımı minlərlə bəyənmə alıb.