Koronavirusdan ən çox can verən ölkələrdən biri olan İtaliyada, ötən fevral ayının sonunda virus diaqnozu qoyulmuş model Bianca Dobroiunun testləri yenidən müsbət olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun Çindən sonra ən təsirli olduğu ölkəyə çevrilən və hətta Çindən rekord dərəcədə həyat itkisi keçirən İtaliyanın Bolonya şəhərində yaşayan  model Bianca Dobroiu, 28 Fevralda 40 dərəcə qızdırması ilə xəstəxanaya müraciət edib. Testlər nəticəsində 23 yaşlı Dobroiuya koronavirus diaqnozu qoyulub. Lakin, 55 gündən sonra yenidən yoxlanış zamanı gənc modelin koronavirus testi müsbət çıxıb. 

Belə ki, 23 yaşlı italyan model ölkədə ən uzun koronavirusa yoluxan xəstə kimi qeydə alınıb.