Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Kia" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.