Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, məlumatda bildirilir ki, yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

18:16

xxx

Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın başlayıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.