“Dövlət Qərargah yaradıb, təkliflər də verir, lakin təəssüf ki, xalqımızın bəzi nümayənlərində məsuliyyət hissi həqiqətən də çox aşağıdır”. 

Bu sözləri Unikal.org-a  açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

“Dövlətimiz 3 milyarddan çox pul ayırıb. Nəinki sahibkarlara və işləyənlərə, hətta işləməyənlərə, qeydiyyatda olmayanlara belə vəsait nəzərdə tutulub. Modul tipli xəstəxanalar tikilib, tibb personalı ayrılıb. Yəni dövlət bu istqamətdə dövlət əlindən gələni edir, ölkəyə kifayət qədər avadanlıqlar gətirilib. Dövlət Qərargah yaradıb, təkliflər də verir, lakin təəssüf ki, xalqımızın bəzi nümayənlərində məsuliyyət hissi həqiqətən də çox aşağıdır. 

Ola bilsin, insanlar yüksək vəzifəli insanlara, içi mən qarışıq bir sıra deputatlara  güvənmirlər. Lakin virusun olduğuna  inanmalıdırlar. COVID-19-un laboratoriya şəraitində əldə edildiyini, yaxud  təbii yolla yarandığını bilmirik, lakin mövcudluğu dəqiqdir. Ona görə də xəstəlikdən qorxmaq lazımdır. Bir də görürsən, cavan bir adam deyir ki, mənə heç nə olmaz. O sözü deyən bilməlidir ki,   ona heç nə olmasa da, yaşlı bir adama ötürə bilər. Ona görə də mən belə hesab edirəm ki, doğrudan da artıq başqa əlac yoxdur. Çünki sosial məsafələr qorunmur, maskalar taxılmır. Sərtləşdirməkdən başqa bir yol görünmür. Bir sıra dövlətlər iqtisadiyyatları məhv olduğu üçün yumşalmaya getdi. Azərbaycanda  isə sağlamlıq önə çəkildi. Bu səbəbdən dövlət bir sıra kompensasiyalar təşkil etdi. Yoluxmaların sayı əvvəlki vaxtla müqayisədə 10 dəfə artıb. Bu da daha çətin və qorxulu vəziyyətə gətirib çıxara bilər. Mən dəfələrlə bu barədə deyirəm, tənqid edilsəm də, bildirməliyəm ki, karantin rejiminin sərtləşdirilməsindən başqa yolumuz qalmayıb”. 

Dürrə Həsənli