“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Sileks” Şimali Makedoniyanı tərk edib.

Unikal.org xəbər verir ki, Kratovo təmsilçisi bir qədər əvvəl Bakıya yola düşüb.

Çarter reysi ilə paytaxtımıza səfər edən kollektivdə heç bir itki yoxdur. Yerli mətbuat “Qarabağ”ın cütün favoriti olmasına baxmayaraq, komandanın ölkəmizə yüksək motivasiya ilə yollandığını vurğulayıb.

Qeyd edək ki, bu gün “Sileks”in Tofiq Bəhramov adına Respublika stadionunda son məşqi baş tutacaq. Sabah keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da start götürəcək.