Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına birgə start verib.

GİN-dən Unikal.org-a verilən məlumata vörə, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. 
Qeyd edək ki, car ilin aprel ayından start verilmiş proqramda iştirak etmək 350-dən artıq gənc müraciət etmişdir. İlkin seleksiyadan sonra 171 gənclə onlyan formada müsahibə aparılmış və nəticədə 115 gənc iştirakçı kimi seçilib. 
İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda da işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. 
Avqust-oktyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub.
İlk görüş “Azərbaycancılıq məfkurəsi: tarix və gələcəyə baxış” mövzusunda Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovla oldu. Görüş zamanı ümummilli lider Heydər Əliyevin fəaliyyəti, gördüyü mühüm işlər, Azərbaycanın regionda rolu, tarixi aspektlər, Azərbaycanın gələcəyi, Azərbaycançılıq məfkurəsi və s. istqiamlət üzrə məlumatalr verlmişdir. Ən əsası isə müstəqiliyimizin daha da möhkəmləndirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr dair onlara tövsiyələr verilib.

Çıxışlardan sonra gəncləri maraqlandıran sullar cavablandırılıb.

Proqramın həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasını əhatə edir.