Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, ilk oyun günündə “Mançester Yunayted”lə “Sevilya” üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə başa çatıb. Əzmkar qələbəyə sevinən İspaniya təmsilçisi isə ilk finalçı olub.

Yarımfinalın digər görüşü bu gün keçiriləcək. İtaliya “İnter”i Ukraynanın “Şaxtyor” klubuyla qarşılaşacaq.

Avropa Liqasında oyunlar koronavirus pandemiyasına görə Almaniyada keçirilir və bir matçdan ibarətdir.

Avropa Liqası, yarımfinal mərhələsi

16 avqust

Sevilya (İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.

17 avqust

23:00 İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)