FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Azərbaycan millisinin rəqibləri dəqiqləşib.

Unikal.org-un məlumatına görə, Top-divizionda mübarizə aparacaq yığmamız B qrupunda yer alıb. 

Təmsilçilərimizin rəqibləri Ukrayna, Qazaxıstan, Macarıstan, Cənubi Afrika Respublikası, Slovakiya, İspaniya, Norveç, Fransa və Niderland şahmatçıları olacaqlar.