“Qarabağ” növbəti dəfə koronavirusa görə testdən keçib.

Bu barədə Unikal.org-a klubdan məlumat verilib.

Məlumata görə, Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Sileks”lə qarşılaşacaq Ağdam təmsilçisinin üzvlərindən bu gün səhər saatlarında analiz götürülüb. 

Futbolçular sabah oyuna yollanarkən testin cavabları əllərində olacaq və yoxlanılaraq arenaya buraxılacaqlar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək.