“Barselona”nın futbolçusu Luis Suares karyerasını Niderlandda davam etdirə bilər.

Unikal.org xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Enso Oliveyra “tvitter” hesabından məlumat yayıb. O, uruqvaylı hücumçunun “Barselona”dan ayrılaraq, “Ayaks”a keçə biləcəyini iddia edib.

2014-cü ildən “Barselona”da çıxış edən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Suares 2007-2011-ci illər aralığında “Ayaks”da çıxış edib.