Məşhur amerikalı aktrisa Şeron Stoun bacısının və onun həyat yoldaşının COVID-19-a yoluxduğunu açıqlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sosial media hesabından foto və video paylaşan aktrisa tibbi maska taxmayan və sosial məsafəni qorumayanlara qarşı sərt çıxışlar edib.  

62 yaşlı Şeron Stoun paylaşdığı videoda Amerikada koronavirusla mübarizədəki vəziyyəti təhqiramiz sözlərlə ifadə edib.