Dünən İbrahim Borçalının faciəvi şəkildə rəhmətə gedən oğlu Rəhimin doğum günü idi. 

Unikal.org xəbər verir ki, şairə, aparıcı Nazilə Səfərli bununla sosial şəbəkə hesabında paylaşım edib. O, Rəhimin fotosunu instaqram hesabında paylaşaraq:

"Sənsiz qeyd etdiyimiz ilk doğum günündür, Rəhim. 21 yaşın olur. Anan həminki təlaşla süfrə hazırlayır. Atan ailə dostlarına zəng edir ki, Rəhimin ad günüdür. Bəlkə insafa gələsən, ay etibarsız, axı sənin nəslində insanı yarı yolda qoyan adam yoxdu. Kimə oxşadın, ay etibarsız. İbrahimin sənə aldığı təzə evi bəyənməyib, dar məzarı seçdin", – sözlərini yazıb.