Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

1/4 finalda İspaniya "Atletiko"sunu mübarizədən kənarlaşdırmaqla böyük sürprizə imza atan Almaniya "Leyptsiq"i bu dəfə Fransa çempionu PSJ ilə üz-üzə gələcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda keçiriləcək matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi finalda "Lion" (Fransa) - "Bavariya" (Almaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də keçiriləcək.