Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, klub ispaniyalı mütəxəssis Jerar Merino Elqarrista ilə anlaşıb.

Onunla 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.