"Barselona"dan ayrılmaq qərarı verən Lionel Messini heyətinə qatmaq istəyən "Mançester Siti"nin Kataloniya təmsmlçisinə etdiyi təklif üzə çıxıb.

Unikal.org xarici KIV-ə istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı üçün 100 milyon avro və 3 futbolçu təklif edilib.

Həmin oyunçuların adları da açıqlanıb. AS iddia edir ki, "Mançester Siti" Messiyə qarşılıq 100 milyon avro ilə yanaşı, Bernardo Silva, Qabriel Xesus və Erik Qarsiyanı "Barselona"ya verməyə hazırdı.