“Aprel döyüşləri zamanı da ermənilər təbliğat aparırdılar ki, güya azərbaycanlıların tərəfində döyüşçülər vuruşur, amma belə bir şey yox idi. Nəinki KİV ümümiyyətlə, Rusiya hayların nəzarətindədir”.

Bu fikirləri Ağ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli Unikal.org-a açıqlamasında deyib. O bildirib ki, Rusiya Federasiyasının baş və xarici işlər nazirləri erməni əsilli olmaları gözardı edilməməlidir:

“Qeyd edim ki, Rusiya Federasiyasının baş və xarici işlər nazirləri Mişustyan, yəni, Mişustin və Kalantaryandır yəni, Lavrovdur. Mən bunları ona görə söyləyirəm ki, Rusiyada ermənilərin nə qədər güclü olduğunu təssəvürümüzə gətirək. Ona görə də rus mediasında bu cür məqalələrə təəccüblənməməliyik. Rusiyadan bu cür anti-Azərbaycan həmlələr çox görmüşük, hələ də görəcəyik. Unutmamalıyıq ki, Rusiya Azərbaycanın düşməni Ermənistanla rəsmi siyasi-iqtisadi-hərbi ittifaqdadır. Rusiyanın PKK-YPQ-PYD terror təşkilatları ilə də rəsmi münasibət qurması Türkiyənin Qarabağ münaqişəsində Azərbaycanın yanında olmasına bir cavab idi. Bütün bunlar Rusiyanın Azərbaycanın dostu olmamasının göstəricisidir. Bütün bunlara rəğmən yaxşı olardı ki, rus KİV-lərində Azərbaycan yönümlü məqalələr də dərc edilsin. Bunun üçün Rusiyada olan səfirimiz Polad Bülbüloğlu çalışmalıdır, amma görünür o "daha vacib işlərlə" məşğul olduğu üçün təbliğatımıza "öz qızıl" vaxtını ayıra bilmir. MN-in açıqlamasını müsbət dəyərləndirirəm lakin gərək bununla paralel XİN və Rusiyadakı səfirimiz də sərt cavab verməli idi. Hələ gec deyil bunu edə bilərlər. Ümümiyyətlə, XİN-də təcili sürətdə təmizləmələr başlamalıdır, ilk öncə Bülbüloğlu çağırılıb yerinə peşəkar diplomat ya da siyasətçi göndərilməlidir”.