"Gəncə Körpü Tikinti-2" ASC Silahlı Qüvvələrə 40 min manat köçürüb. 

Gəncə Körpü Tikinti-2"dən Unikal.org-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. 

Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün "Gəncə Körpü Tikinti-2" ASC tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat köçürülüb. 
 
Həmçinin öz balansında olan bir sıra texnikalarını Silahlı Qüvvələrinin sərəncamına verib. Səhmdar cəmiyyətin kollektivi hər zaman dövlətimizin yanındadır və ordumuza bundan sonra da hər cürə dəstək verməyə hazırdır.

Tanrı Azərbaycan xalqını və ordusunu qorusun!