Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov yeni şöbə müdiri təyin edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Həsənov Anar Arzu oğlu Saatlı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Vasif Allahverdiyev ötən ay işdən çıxarılmışdı.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Murad İbrahimli