“Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb”. 

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. 

“Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.