İspaniyanın “Barselona” klubunun qış transfer dövrü ilə bağlı planları bəlli olub.

Unikal.org xəbər verir ki, La Liqa təmsilçisi heyətində “təmizləmə” işləri aparmağa qərar verib.

Müflisləşməmək üçün pul qazanmağa ehtiyacı olan Barselonanın eyniadlı təmsilçisi bu məqsədlə 5 futbolçusunu satmaq niyyətindədir. Bunlar Usman Dembele, Samuel Umtiti, Martin Braytveyt, Xunior Firpo və Karles Alenyadır.

Qeyd edək ki, bu oyunçulardan birinin potensial müştərisi də var. Dembele İngiltərə “Mançester Yunayted”inin transfer siyahısında yer alıb.