“Bavariya” klubu ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Yozua Kimmix zədələnib. Dünən əməliyyat olunan 25 yaşlı futbolçu ən tez yanvarda yaşıl meydanlara qayıdacaq.

Xatırladaq ki, Kimmix “Bavariya”nın Bundesliqanın 7-ci turu çərçivəsində “Borussiya”ya (Dortmund) qarşı keçirdiyi səfər matçında (3:2) zədələnmişdi.