"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olumuş Cəbrayılın mərkəzində. Hər şey yerlə yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır. Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək".

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.