Rusiyada yaşayan erməni əsilli politoloq Armen Qasparyan savaş dövründə Ermənistandakı vəziyyət barədə danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Qasparyan Ermənistanın təkcə hərbi əməliyyatlarda deyil, informasiya müharibəsində də uduzduğunu bəyan edib.

"Günahkar Paşinyandır, amma tək günahkar o deyil", - deyə bildirən erməni politoloq hərbi məğlubiyyətə görə Paşinyanın əsas məsuliyyət sahibi olduğunu vurğulayıb. Qasparyanın sözlərinə görə, informasiya sahəsindəki məğlubiyyətə görə isə Ermənistanda bu sahəyə cavabdeh olan şəxslər də böyük məsuliyyət daşıyır.