Ermənistanın Vanadzor şəhərində etirazçılar baş nazir Nikol Paşinyanın maketini düzəldib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, maket Lori vilayəti administrasiyasının binası önündə quraşdırılıb.

Maketin önünə iki yeşik qoyulub. Onlardan birinin üstünə "diasporadan ianələr", digərinin üstünə isə "dövlət işçiləri üçün pul mükafatları" yazıları yapışdırılıb. İnsanlar bu yollla Paşinyan hakimiyyətinin iqtisadi siyasətinə etirazlarını ifadə etdiklərini bildiriblər.