Çin ABŞ-ı Honkonqdakı etirazları manipulyasiya etməkdə ittiham edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ insan haqları və demokratiyanın müdafiəsi adı altında Honkonq etirazları üzərindən Çinin daxili işlərinə müdaxilə etməyə çalışır. O, Honkonqdakı siyasi gərginliyi rəsmi Pekinin müstəqil şəkildə çözmək iqtidarında olduğunu bildirib.

Xatırladaq ki, Honkonq parlamentinə xalqın səsi seçilmiş bir neçə deputatın Çin mərkəzi hökuməti tərəfindən fəaliyyətdən kənarlaşdırılmasından sonra ABŞ bir neçə Çin məmuruna sanksiya tətbiq etmişdi.