Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 30 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.