“Deputatlar burada təklif edir ki, filan yerə vəsaiti bu qədər artırın, filan yerə 3 milyard artırın”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında .“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, dövlət büdcəsini hazırlayan mütəxəssislər ölkənin gəliri hesabına bu vəsaitləri bölüb, proqnozlaşdırıblar: “Xahiş edirəm, danışanda nəzərə alın ki, hökumətin üstünə çox gedirsiniz. Hökumətin üstünə bu qədər gedəndə, dediyiniz vəsaiti haradan tapacağını da deyin. Bəlkə xaricdən borc alınsın? Biz 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur. Orda sual edirdilər ki, bizim kəndə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq”.