“Champions Chess Tour” onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb.

Unikal.org  xəbər verir ki, iki turnirin nəticəsinə əsasən, seriyaya azərbaycanlı qrossmeyster Teymur Rəcəbov başçılıq edir. İkinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni şahmatçı Levon Aronyan tutur.

Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen ümumi hesabda dördüncü pillədə qərarlaşıb.

10 turnirdən ibarət olacaq “Champions Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.

Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb.